Artıq aşırı dindalarımız da molla rejiminə inamını itirir
 
Iran Azərbaycana qarşı düşmən mövqeydə dayanıb. Öncə bu düşmənçiliyi ustalıqla ört-basdır etməyə çalışırdılar. Artıq buna heç ehtiyac da duymurlar. Birmənalı şəkildə Ermənistanın yanında yer alıblar. Ermənistana dəstək vermək üçün min cür hoqqadan çıxırlar…
 
Azərbaycanda şiə düşüncəsinə sahib olan bir zümrə var. Onlar üçün İran qibləgah kimi bir şeydir. Ancaq İranın həyasız şəkildə yeritdiy türk düşmənçiliyi o qədər eybəcər xarakter alıb ki, hətta onlar da İrana etiraz etmək zorunda qalıblar. Əvvəl aşırı şiələr İranın molla rejiminin yetirtdiyi anti-Azərbaycan siyasətini müdafiə etmək üçün müxtəlif arqumentlər uydururdular. Artıq uydurma arqumentlər də əks effekt verir. Bir də görünən kəndə nə bələdçi? Hər şey çılpaqlığı ilə ortadadır…
 
Bilməyənlər üçün bir daha deyirəm. İran tarixən sünni dövləti olub. İranı şiə dövlətinə Şah İsmayıl Xətainin qılıncı çevirib. XX əsrin sonlarında fars şovenistləri şiə ideologiyasını türklərin əlindən aldılar. Və türkün yaratdığı şiə düşüncəsindən türkü məhv etmək üçün istifadə etməyə başladılar…
 
Qüzey Azərbaycanda Əbülfəz Elçibəyin siyasi arenaya daxil olması ilə farsların əlində öldürücü silaha çevirilmiş şəlik ilk zırbəsini aldı. Əbülfəz bəyin qüney Azərbaycan sevgisi tezliklə Cənubi Azərbaycanı milliləşdirdi. Və Cənubda da Şimalda olduğu kimi Bütöv Azərbaycan uğrunda mübarizə yenidən vüsət aldı. Zatən bu mübarizə öncə də vardı. Sadəcə olaraq bu dəfə daha kütləvi və möhtəşəm şəkildə ortaya çıxıdı…
 
İndi vəziyyət belədir ki, İranın fars şovenist rejiminin nə etməsindən asılı olmayaraq hər şey enində-sonunda Azərbaycanın xeyrinə çevirilir. Məsələn, İran Zəngəzurda Ermənistana dəstək anlamında konsulluq açır. Guya bu konsulluqla Zəngəzur dəhlizinin açılmasının qarşısını alacaqlar. Və ya Ermənistana dron satmaqla hərb meydanında balansı dəyişə biləcəklərini düşünürlər…
 
Hesab edirəm ki, İranın açıq şəkildə Ermənistanın yanında yer alması Azərbaycana ciddi üstünlükər verir. Artıq Bakıda dövlət səviyyəsində də Güney məsələsi gündəmə daşınır. O da bəllidir ki, Şimalı Azərbaycanda mövcud olan aşırı dindar kəsimin böyük bir hissəsi aydın şəkildə başa düşür ki, İran Azərbaycana qarşı xəyanət yolu tutub. Təbii ki, biz vətənimizə düşmən olan xain ölkə ilə dost ola bilmərik. Xainlə necə rəftar etmək lazım olduğunu isə biz çox yaxşı bilirik…
 
Cənubi Azərbaycanda milli düşüncənin intibahına təsir edən amillər çoxdur. Türkiyə-Azərbaycan dostluğu və bu dostluğun ortaya qoyduğu əzəmət bu məsələdə xüsusi önəm daşıyır. II Qarabağ müharibəsində əldə olunan zəfər də Cənubi Azərbaycanda milli düşüncənin yüksəlişinə təkan verdi. Bütövlükdə Türk Dünyasında gedən inteqrasiya prosesi də Cənubi Azərbaycanda gedən siyasi proseslərə ciddi təsir edir...
 
Azərbaycan, bütövlükdə isə Türk Dünyası tarixinin elə bir mərhələsinə daxil olub ki, bəzən əleyhimizə olan şeylər belə xeyrimizə çevirilir...

Baxış sayı: 4606 | Tarix: 22.10.2022
Bizi Telegramda izləyin: @repostaz