Jurnalistin Yazıçılar Birlyinin qurultayına ayrılan 203 min manatın necə xərclənməsi ilə bağlı verdiyi sual Çingiz Abdullayevi niyə bu qədər göynədib, başa düşə biləmədim!? Bu göynəmə Anara da keçib, hələ üstəlik Rəşad Məcidə də, yəni Yazıçılar Birliyinin bütün rəhbərliyinə od qoyub.
 
Maraqlıdır niyə?Jurnalist kimi isə söyməyib, döyməyib, ədəbsizlik etməyib, sadəcə öz peşə borcunu yerinə yetirib, Çingiz Abdullayevdən doğrudanmı AYB-nin qurultayına bu qədər vəsaitin xərcləndiyini soruşub. 
 
Çingiz Abdullayev isə jurnalistin sualına bir ziyalı kimi cavab vermək əvəzinə onu təhqir edib. “Ölmürsən, utanmırsan Xalq yazıçısına belə sual verirsən?” Başa düşmədim, yazçı nə zamandan toxunulmaz olub!? Yazıçı olanda xalqın pulunun hesabatını vermirlər? 
 
Niyə xalqın pulu deyirəm? Çünki AYB kammersiya təşkilatı deyil, bu, döblət büdcəsindən maliyyələşən qurumdur. Dövlət büdcəsi isə xalqın, elə həmin jurnalistin ödədiyi vergilər hesabına formalaşır. Ona görə də, o həmkarımız nəinki jurnalist kimi, lap elə vətəndaş olaraq da, xalqın bir nümayənədsi olaraq da ödədiyi verginin hara xərclənməsinin hesabatını tələb etməyə haqqı var. Bu haqqı onun əlindən Çingiz Abdullayev kimiləri ala bilməz. Əksinə dövlət büdcəsindən ayrılan külli miqdarda vəsaitin hara xərcləndiyinin hesabatını verməlidir. AYB rəhbərliyinin 203 min manatın hesabatını vermək əvəzinə, belə qıcıqlanmaları əslində dövlət büdcəsindən ayrılan həmin vəsaitin təyinatı üzrə xərcləndiyinə dair şübhələrə yol açmış olur. Adama deyərlər ki, “soğan yeməmisənsə, için niyə göynəyir!?”
 
Mütləq şəkildə Yazıçılar birliyi bu şübhəni dağıtmaq üçün ətraflı hesabat verməlidir. O ki qaldı Ç.Abdullayevin jurnalistə “utanıb ölmürəsn deməyinə”, əsl utanıb yerə gilməli olan bir şəxs varsa o da Xalq yazıçılsının Ana dilini bilməməsidir. Xalq yazıçısı olan kəs xalqa bu qədər hörmətsizlik etməz. Xalq yazıçısı öz peşə borcunu yerinə yetirən jurnalisti təhqir etməz. Əsl utanıb ölməli məsələ budur: ziyalının özünü toxunulmaz hesab etməsidir. Ziyalı dediyin aydınlatmalıdır, işıq saçmalıdır, yoxsa qara qarğa olub məndə qoz var deməz. 

Zülfüqar Xeyirxəbər
 

Baxış sayı: 4226 | Tarix: 27.10.2022
Bizi Telegramda izləyin: @repostaz