Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mədəniyyət Nazirliyində noyabrın 1-də əməliyyat keçirdiyi zaman nazir Anar Kərimov iş yerində olmayıb.
 
Bu barədə unikal.az məlumat yayıb.
 
Bildirilib ki, A.Kərimov DTX-nin əməkdaşlarının nazirlikdə olduğunu biləndə işə gəlmək istəsə də, sonra fikrindən daşınıb.
 
Nazirliyin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova açıqlamasında nazir Anar Kərimovun dünən işdə olmadığını təsdiqləyib.
 
O bildirib ki, nazir hazırda iş başındadır.

Baxış sayı: 5499 | Tarix: 02.11.2022
Bizi Telegramda izləyin: @repostaz