Ermənistanın "Harparaq" qəzeti idda edir ki, Tiflisdə Ermənistanla Azərbaycan arasında sülh prosesinə başlanması ilə bağlı sənədin imzalanmasına hazırlıq gedir. Qəzet iddia edir ki, belə bir sənəd noyabrın sonuna qədər və ya dekabrın əvvəlində imzalana bilər. Nə qədər təəccüblü olsa da, müqavilənin Tbilisidə imzalanması planlaşdırılır. Gürcüstan ümumqafqaz sülhünün vasitəçisinə və simvoluna çevrilə bilər, axı həmin sənədlə bütün Cənubi Qafqaz Qərbin bu regionda maraqlarının operatoru kimi Türkiyəyə verilir. 
 
Qəzet yazır ki, həmin sənədin imzalanması Ermənistanın rəsmi və yekun olaraq Qarabğdan çıxması ilə nəticələnəcək. Ermənistan heç bir Qarabağda baş verənlərə müdaxilə etməyəcəyini öhdəsinə götürəcək. Qarabağdakı ermənilərin Ermənistan vətəndaşlığından məhrum edilməsi və maliyyələşdirilməsi, qondarma rejimin təkcə güc strukturları deyil, ümumiyyətlə, yerli özünüidarələrdən tutmuş "Prezident aparatı"na qədər dövlət idarəetmə sistemi də maliyyədən məhrum olacaq. Ermənistan ancaq xeyriyyə və sosial xarakterli layihələr, məsələn, uşaq bağçasının sökülən divarının suvaq və rənglənməsi kimi layihələrdə iştiak hüququna malik olacaq. Bundan başqa hər şey separatizm və terrorizmi himayə etmək və maliyyələşdirmək kimi qiymətləndiriləcək.
 
Qarabağın erməni əhalisinə seçim hüququ veriləcək, ya Azərbaycan vətəndaşlığını qəbul edir və Azərbaycan vətəndaşı kimi öz yaşayış yerində yaşamağa davam edir, ya da Ermənistan vətəndaşı kimi Qarabağı tərk edir. Qəzet iddia edir ki, ermənilərin məskunlaşdığı əraziyə kağız üzərində müəyyən mədəni muxtariyyət verilməsi məsələsi müzakirə olunur. Azərbaycan muxtariyyətin istənilən növünə qarşıdır, lakin Qərb dövlətlərinin təzyiqi altında bu muxtariyyətin kağız üzərində qalacağını, çox qısa müddətdən sonra Qarabağın əksər əhalisdninin azərbaycanlaşdırılacağı planı ilə razılaşa bilər. Üstəlik, bəzi yaşayış məntəqələri müqavilə imzalandıqdan bir neçə saat sonra boşaldılacağı bildirilir. Məsələn, 1991-92-ci ilə qədər azərbaycanlıların yaşadığı, lakin hazırda ermənilərin məskunlaşdığı Xocalının dərhal boşaldılması tələb edilir. Qəzet qeyd edir ki, Əliyev üçün Xocalıya girmək Şuşa və Laçın qədər simvolik məna daşıyır.
 
Erməni KİV-i daha sonra qeyd edir ki, bu müqavilənin imzalanmasını nəzərə alan Əliyev Soçidə Qarabağ münqişəsinin həll olunduğunu və bunun mçüzakirə mövzusu olmadığını bəyan edib. Rusiya sülhməramlı qoşunlarına gəlincə, qəzet yazır ki, Ermənistan əhalisinin bir hissəsi Qarabağı tərk etdikdən, qalanları Azərbaycan vətəndaşlığını qəbul etdikdən sonra onların həmin ərazidə qalmaları tamamilə mənasız olacaq. Azərbaycan bəyan edəcək ki, bu insanlar öz ölkəsinin vətəndaşlarıdır və Azərbaycan onların hüquqlarını, təhlükəsizliyini təkbaşına təmin etməyə qadirdir. Qarabağın təhvil verilməsindən sonra artıq dəhliz məsələsi də gündəmdən düşür. Dəhliz olmayacaq, Türkiyə və Azərbaycan tələb edə bilməyəcək  ki, Azərbaycanı Naxçıvana birləşdirən dəhliz Ermənistanı Qarabağa birləşdirən dəhlizlə eyni statusa malik olmalıdır. 

Lakin rəsmi Bakı məlumatı təkzib edib. Diplomatik qaynaqlardan Oxu.Az-a bildirilib ki, Tiflisdı Azərbaycan və Ermənistan prezidentlərinin hər hansı bir görüşü  planlaşdırılmır. 

Baxış sayı: 5081 | Tarix: 03.11.2022
Bizi Telegramda izləyin: @repostaz