Gürcüstanda İranın sifarişi ilə İsrail vətəndaşının qətlə yetirilməsinin qarşısı alınıb. 
 
RePost.Az xəbər verir ki, Gürcüstanda İsrail vətəndaşını öldürməyi planlaşdıran bir qrup şəxs ələ keçib. Bu haqda məlumatı Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti yayıb.
 
Faktla bağlı ikili - Gürcüstan və İran vətəndaşlarının saxlanıldığı qeyd edilir:
 
“Aparılan əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində Pakistan vətəndaşlığı, habelə ikili İran-Gürcüstan vətəndaşlığı olan şəxslər tutulublar. Xaricdə yaşayan təşkilatçılar, o cümlədən qətlin sifarişçisi olduğu güman edilən İran vətəndaşı və digər iştirakçılar müəyyən olunub, onların barələrində kompleks əməliyyat-axtarış tədbirləri davam etdirilir”.
 
İstintaq müəyyən edib ki, Pakistan vətəndaşı Gürcüstana ölkədə olan İsrail vətəndaşını öldürmək məqsədi ilə gəlib. Silahı ona ikili vətəndaşlığı olan şəxslər veriblər.
 
“İş üzrə aparılan əməliyyat-axtarış tədbirləri zamanı cinayətin törədilməsində əli olan və ona yardım edən digər şəxslər də müəyyən ediliblər”, - istintaq orqanından bildirilib.

Baxış sayı: 540 | Tarix: 15.11.2022
Bizi Telegramda izləyin: @repostaz