Türkiyənin Qaziantep şəhərinin Karkamış rayonuna PKK/YPG terror qruplaşması tərəfindən Suriyanın şimalından 5 raket atılıb.
 
Hadisə nəticəsində biri müəllim, biri uşaq olmaqla 3 nəfər həyatını itirib, 6 nəfər yaralanıb.
 
Bildirilir ki, atılan raketlər rayon mərkəzindəki orta məktəb, iki evə və Karkamış Sərhəd Qapısı yaxınlığında bir yük maşınına düşüb.
 
Qaziantep və Kilis bölgəsində raket hücumlarından sonra sərhəd xəttində tədbirlər gücləndirilib.

Baxış sayı: 5670 | Tarix: 21.11.2022
Bizi Telegramda izləyin: @repostaz