Rəsmi İrəvan dünən Azərbaycanın sülh müqaviləsi üçün Ermənistan tərəfindən irəli sürülən təkliflərə cavabını alıb.
 
APA “Armenpress”ə istinadən xəbər verir ki, bunu Ermənistan XİN rəhbəri Ararat Mirzoyan deyib.
 
Ararat Mirzoyan detallar barədə əlavə məlumat verməyib.
 
Xatırladaq ki, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin 7 noyabr tarixindəki görüşündə erməni tərəfinin təklifləri təqdim olunub.

Baxış sayı: 274 | Tarix: 28.11.2022
Bizi Telegramda izləyin: @repostaz