Xəbər verdiyimiz kimi bir neçə müddətdir mətbuatda Naxçıvanla bağlı yazılar, müzakirələr aparılır. Sosial şəbəkələrdə yazılan şərhlərdə, aparılan müzakirələrdə bir çox insanlar islahatları alqışladığını bildirir.
 
Milli.Az xəbər verir ki, Naxçıvanda baş verən hadisələrin cəmiyyətdə ciddi rezonans doğurduğunu nəzərə alaraq manset.az Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovla əlaqə saxlamağa cəhd edib. Bir neçə cəhdən sonra telefonu Ali Məclis sədrinin köməkçisi Ramiz Məmmədov açıb.
 
O, saytın suallarını qısa cavablandıraraq bunları deyib:
 
"Aparılan əməliyyatlarla bağlı geniş heç nə deyə bilmərəm. Hər halda əməliyyatlar başqa yerlərdə də aparılıb."
 
Əməkdaşımızın bəs Ali məclisin sədri bu olayları necə qarşılayır? sualına Ramiz Məmmədov belə cavab verib: 
 
"Siz necə qarşılayırsız? Hər bir zaman islahatlar ola bilər. Dövlətin apardığı islahatları heç kəs müzakirə edə biməz."

Baxış sayı: 426 | Tarix: 05.12.2022
Bizi Telegramda izləyin: @repostaz