Müsavat Partiyasının üzvü Tofiq Yaqublu məsuliyyətə cəlb olunub.
 
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 510 (xırda xuliqanlıq) maddəsi ilə inzibati protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.
 
Səbail Rayon Məhkəməsində hakim Mədinə Bağırovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
 
Qərara əsasən, T.Yaqublu 30 sutkalıq inzibati qaydada həbs olunub.

Baxış sayı: 6183 | Tarix: 23.12.2022
Bizi Telegramda izləyin: @repostaz