“Ermənistanla Türkiyə arasında sərhədin və dəmir yolunun açılması qlobal əhəmiyyət kəsb edir. Həmçinin Azərbaycanın digər hissəsi ilə Naxçıvan, İranla Azərbaycan, Ermənistanla Rusiya arasında əlaqələrin bərpası vacibdir”.
 
BAKU.WS sputnik armenia-ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında deyib.
 
O bildirib ki, bu istiqamətdə konkret addımlar atılmalıdır:
 
“İşlərin davam etməsi üçün, Prezident Rəcəb Tayyib Ərdoğanla birbaşa danışıqlar vacibdir. Ümid edirəm ki, yaxın gələcəkdə sərhəd üçüncü ölkə vətəndaşları üçün açılacaq”.

Baxış sayı: 7456 | Tarix: 10.01.2023
Bizi Telegramda izləyin: @repostaz