Bu gün altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyasının iclası keçiriləcək.
 
Bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov qərar imzalayıb.
 
Saat 11:00-da başlayacaq sessiyada aşağıdakı məsələlər müzakirə olunacaq:
 
1. 2022-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları;
 
2. Naxçıvan Muxtar Respublikasının 2023-cü il büdcəsinin təsdiq edilməsi;
 
3. Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsinin təsdiq edilməsi;
 
4. İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsinin təsdiq edilməsi.
 
Qeyd edək ki, sessiyanın iclasına aidiyyəti təşkilatların rəhbərləri və dövlət mətbuat orqanlarının nümayəndələri dəvət olunublar.
 
Sessiyada 25 saylı Naxçıvan şəhər Seçki Dairəsindən seçilən deputat - Seymur Talıbov və 7 saylı Aralıq Seçki Dairəsindən seçilən deputat Vasif Talıbov iştirak etmirlər.

Baxış sayı: 7665 | Tarix: 10.01.2023
Bizi Telegramda izləyin: @repostaz