Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq eko-fəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.
 
APA-nın Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, aksiyanın 32-ci günündə, günorta saatlarında havanın şaxtalı olmasına baxmayaraq, etirazçıların sayında artım müşahidə olunur.
 
Aksiya zamanı hər hansı insident müşahidə edilməyib.

Baxış sayı: 7893 | Tarix: 12.01.2023
Bizi Telegramda izləyin: @repostaz