Daxili İşlər Nazirli Vilayət Eyvazovun əmri ilə nazirliyin mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyevin rütbəsi artırılıb.
 
Bu barədə E.Hacıyev sosial şəbəkə hesabında paylaşım edib.
 
"Fəaliyyətimi polis polkovnik-leytenantı rütbəsində davam etdirəcəyəm. Göstərilən etimada görə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazova minnətdarlığımı bildirirəm. Bu etimadı doğrultmağa çalışacağam", - deyə o paylaşımında bildirib.

Baxış sayı: 8938 | Tarix: 13.01.2023
Bizi Telegramda izləyin: @repostaz