Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.
 
Aksiya gecəboyu səhərə qədər davam edib.İştirakçılar günə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirməklə başlayıblar.
 
Ekofəallar aksiyanın 52-ci günündə də etirazlarını davam etdirir, müxtəlif şüarlar səsləndirirlər.
 
Şuşada havanın tempraturu hazırda -3 dərəcədir
 
Qeyd edək ki, aksiya ötən il dekabrın 12-dən başlayıb.

Baxış sayı: 8045 | Tarix: 01.02.2023
Bizi Telegramda izləyin: @repostaz