Bu gün saat 13:25 radələrində Türkiyənin zəlzələ baş verən ərazilərində yenidən şiddətli yeraltı təkan olub.
 
Təkan Türkiyənin bir çox bölgəsində hiss edilib.
 
Avropa Seysmoloji Mərkəzinin məlumatına görə, yeraltı təkan 7.8, Kandilli Rəsədxanasının məlumatına görə isə 7.5 bal gücündə olub.
 
Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) isə saat 13:24-də Kahramanmaraş vilayətinin Elbistan rayonunda 7,6 bal gücündə zəlzələ baş verməsi barədə məlumat yayıb.
 

Baxış sayı: 3922 | Tarix: 06.02.2023
Bizi Telegramda izləyin: @repostaz