Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.
 
APA- nın Şuşa şəhəri.ezam olunan müxbiri xəbər verir ki, aksiya gecə boyu davam edib.
 
Aksiya iştirakçıları günə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirməklə başlayıblar.
 
Ekofəallar aksiyanın 60-cı günündə havanın qarlı və şaxtalı olmasına baxmayaraq müxtəlif şüarlar səsləndirirlər.
 
Hazırda havanın tempraturu -4 dərəcədir.
 
Qeyd edək ki, aksiya ötən il dekabrın 12-dən başlayıb.

Baxış sayı: 8007 | Tarix: 09.02.2023
Bizi Telegramda izləyin: @repostaz