Ağdamın daxili yollarının uzunluğu təxminən 193 kilometrdir. Bu yollar kateqoriyalara bölünüb.
 
"APA-Economics" xəbər verir ki, bunu Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı ilə Ağdam şəhərində keçirilən Şəhərsalma üzrə işçi qrupunun növbəti iclasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) nümayəndəsi İlham Süleymanov deyib.
 
O bildirib ki, artıq yeni çəkilən yollar ekspertizaya təhvil verilib. 59 kilometr layihələndirilən hissə isə dron çəkilişlərinə əsasən ekspertizaya verilib.

Baxış sayı: 9166 | Tarix: 16.02.2023
Bizi Telegramda izləyin: @repostaz