"Sertifikasiyadan keçdikcə müəllimlərin əməkhaqları 790 manatdan 910 manata qalxacaq". 
 
Bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən mətbuat konfransı zamanı deyib. 
 
“2015-ci ildə bacarıqların diaqnostik qiymətləndirilməsindən keçən müəllimlərin dərs saatı 12 saatdan 18 saata qaldırılıb. Onların əməkhaqları isə iki dəfə artırılıb. Bu da ümumi müəllimlərin əməkhaqlarının orta hesabla 30 faizə yaxın artması deməkdir”.

Baxış sayı: 8102 | Tarix: 27.02.2023
Bizi Telegramda izləyin: @repostaz