Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi “Mingəçevir” futbol klubuna məxsus avtobusun qəzaya uğraması barədə məlumat yayıb.
 
İdarədən verilən məlumata görə, bu gün saat 13:00 radələrində Muğanlı-İsmayıllı yolunun 10-cu kilometrliyində, Basqal qəsəbəsi ərazisində hərəkətdə olan "Mercedes" markalı BA 004 KU qeydiyyat nişanlı avtobusun sürücüsü Anar Qafarov sərt döngədə idarəetməni itirərək qarşıdan gələn 77-EF-972 dövlət qeydiyyat nişanlı "MACK" markalı yük avtomobili ilə toqquşub. Nəticədə yük avtomobilinin sürücüsü 1949-cu il təvəllüdlü Məmmədov Əflatun Abdulla oğlu və avtobusun sərnişini "Mingəçevir" Futbol Klubunun əməkdaşı 1968-ci il təvəllüdlü Qarayev Zaur Ələş oğlu xəsarət alaraq tibb müəssisələrinə yerləşdirilib.
 
Qəzanın baş verdiyi əraziyə YPX əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Baxış sayı: 8235 | Tarix: 07.03.2023
Bizi Telegramda izləyin: @repostaz