Prezident Administrasiyasında Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə Respublikaçı Alternativ (REAL) Partiyası Siyasi Komitəsinin üzvü Natiq Cəfərli görüşüb.
 
Bu barədə REAL-ın rəsmi sosial hesabında məlumat verilib.
 
Məlumatda bildirilir ki, görüşdə ölkədəki siyasi-ictimai vəziyyət və qanunvericilik prosesi ilə bağlı fikir mübadiləsi aparılıb, dialoqun inkişaf etdirilməsinin vacibliyi bir daha qeyd olunub.
 
Qeyd edək ki, bir neçə gün öncə 5 min üzvdən ibarət siyahı hökumətə təqdim olunmasa, REAL-ın dövlət qeydiyyatının ləğv ediləcəyi ilə bağlı partiya sədri İlqar Məmmədov açıqlama yayıb.

Baxış sayı: 8007 | Tarix: 10.03.2023
Bizi Telegramda izləyin: @repostaz