Keçmiş müstəntiq Rüfət Səfərova küçədə zorakılıq olub.
 
Bu barədə Rüfət Səfərov özü məlumat yayıb.
 
Bildirib ki, küçədə ona qarşı bir nəfər tərəfindən zorakılıq edilib və bununla bağlı polisə müraciət edib.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Binəqədi RPİ əməkdaşları tərəfindən mübahisə tərəfi – 1961-ci il təvəllüdlü Məmmədxan Nəcəfov saxlanılıb.
 
Araşdırmalar davam etdirilir.
 
Nəcəfovun müxalifətçi olduğu bildirilir. Deyilənə görə, hadisə bir neçə gün öncə Əli Kərimlinin söyülməsi ilə bağlı yayılan səs yazısından qaynaqlanır.

Baxış sayı: 7399 | Tarix: 16.03.2023
Bizi Telegramda izləyin: @repostaz