Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.
 
APA-nın Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, ictimai fəaller aksiyanı gecəboyu davam etdirib.
 
Onlar günə Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirməklə başlayıblar
 
Qeyd edək ki, aksiya ötən il dekabrın 12-dən başlayıb.

Baxış sayı: 6183 | Tarix: 27.03.2023
Bizi Telegramda izləyin: @repostaz