İsraildə səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu ölkənin müdafiə naziri Yoav Gallantla görüşüb.
 
Bu barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik Tvitterdə bildirib.
 
Səfir tərəflər arasındakı görüşün dostluq şəraitində keçdiyini bildirib, görüşü məhsuldar adlandırıb.
 
Dik qeyd edib ki, nazirlər İsraillə Azərbaycan arasında strateji münasibətlərin genişləndirilməsini müzakirə ediblər.

Baxış sayı: 5651 | Tarix: 29.03.2023
Bizi Telegramda izləyin: @repostaz