Milli Məclisin iclasında Fransa Senatının Azərbaycana qarşı təxribatına cavab olaraq bəyanat hazırlanıb.
 
Deputat Sevil Mikayılova bəyanatın mətnini səsləndirib.
 
Bəyanatda bildirilib ki, Fransa Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına, sülh gündəliyinə zərbə vurur.
 
“Fransa 44 günlük müharibədə olduğu kimi, yenə də Azərbaycana qarşı təxribatlarını, qərəzli siyasətini davam etdirir. Fransa Korsika xalqının hüquqlarını tanımadığı halda, Qarabağdakı ermənilərin hüquqlarından danışır. Bu, siyasi riyakarlığın ən bariz nümunəsidir”, - deyə bəyanatda bildirilib.
Bəyanat səsə qoyularaq qəbul edilib.

Baxış sayı: 6354 | Tarix: 04.04.2023
Bizi Telegramda izləyin: @repostaz