Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.
 
APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, RSK-ya məxsus maşın karvanı aksiya keçirilən yerdən maneəsiz keçid edib. Xankəndidən gələn 38 maşın Laçın istiqamətinə keçib.
 
RSK-nın şəxsi heyət daşıyan iki maşınında erməni əsilli sakinlər, eləcə də uşaqlar olub.

Baxış sayı: 6221 | Tarix: 05.04.2023
Bizi Telegramda izləyin: @repostaz