Astana və Bakı ticarət dövriyyəsini 1 milyard dollara çatdıracaq. Bunun üçün bizim enerji, nəqliyyat, logistika, informasiya texnologiyaları, kənd təsərrüfatı, sənaye və digər sahələrdə ciddi ehtiyatlarımız var.
 
Bunu Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev deyib. 
 
İki ölkə arasında dostluq və qardaşlıq əlaqələrindənb danışan Tokayev bu gün möhtərəm Azərbaycan Prezidenti ilə birlikdə Heydər Əliyevin adını daşıyan küçənin açılışını edəcəklərini bildirib:
 
"Ölkələrimizin səmimi dostluğunun və qarşılıqlı dəstəyin daha bir bariz sübutu qazax xalqının Azərbaycana hədiyyəsi Füzuli şəhərində Kurmanqazı - Uşaq Yaradıcılıq Mərkəzidir. Mənə məlumat verildi ki, bu obyektin tikintisi kifayət qədər sürətlə aparılır. Hesab edirəm ki, çox yaxın gələcəkdə biz bu mühüm obyektin fəaliyyətə başladığını görə biləcəyik. Biz hərtərəfli humanitar əlaqələri hərtərəfli daha da inkişaf etdirmək və ümumi mənəvi və mədəni dəyərlər xəzinəsini zənginləşdirmək niyyətindəyik".
 

Baxış sayı: 6468 | Tarix: 10.04.2023
Bizi Telegramda izləyin: @repostaz