MN: "Ermənistan təxribatı nəticəsində yaranmış gərginlik davam edir". 
 
"Aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Laçın rayonu istiqamətində törədilən təxribat nəticəsində yaranmış gərginlik davam edir.  
 
Qeyd olunan istiqamətdə yerləşən bölmələrimiz tərəfindən görülən zəruri tədbirlər nəticəsində qarşı tərəf xeyli sayda itki verib".
 
***

Aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub.
 
Bu barədə Müdafiə Nazirliyindən bildirilib. 
 
Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülür.
 
Erməni mənbələri isə ermənistan ərəfindən bir nəfərin öldüyünü, dörd nəfərin yaralandığını qeyd edir. Yaralılardan birinin korpus komandiri olduğu bildirilir.

 “Hraparak” qəzeti: Erməni hərbçilərinin ölənlərin sayı arta bilər, çünki erməni tərəfi hələ də yaralıları atışma yerindən çıxara bilməyib.

Baxış sayı: 6734 | Tarix: 11.04.2023
Bizi Telegramda izləyin: @repostaz