Məcnun Qadir oğlu Məmmədov Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri təyin edilib. 
 
Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

RePost.Az xəbər verir ki, Məcnun Məmmmədov bu təyinata qədər “PASHA Holding” MMC-nin bağçılıq və innovativ ting biznesləri olan “Grand-Agro” MMC-nin direktoru olub. 

Məcnun Məmmədov holdinqin bağçılıq üzrə biznesində önəmli layihələri idarə edib. O, həmçinin “Agro Food Investment” MMC-nin direktoru olub.

Pakistanın Lahor İdarəetmə Elmləri Universitetində təhsil alıb.

Baxış sayı: 7589 | Tarix: 14.04.2023
Bizi Telegramda izləyin: @repostaz