Rusiya prezidenti Vladimir Putin Ukraynanın Xerson vilayətinə səfər edib.
 
Bu barədə Kreml məlumat yayıb.
 
Rusiya prezidenti Xersona səfər zamanı “Dnepr” və “Şərq” qoşun qruplaşmasının qərargahlarında olub.
 
Putin "Dnepr" qərargahında Hərbi Hava Desant Qüvvələrinin komandanı general-polkovnik Mixail Teplinski və qrupun komandiri general-polkovnik Oleq Makareviçin məruzələrini dinləyib.
O, həmçinin “Vostok” qərargahında qrupun komandiri general-polkovnik Aleksandr Lapindən raport alıb.

Baxış sayı: 7513 | Tarix: 18.04.2023
Bizi Telegramda izləyin: @repostaz