Rusiya hakimiyyəti Qarabağda müvəqqəti yerləşdirilmiş sülhməramlıların komandanı, general-mayor Andrey Volkovu vəzifəsindən geri çağırmaq barədə qərar qəbul edib.
 
RePost.Az xəbər verir ki, onun yerinə Rusiya SQ-nin hava-desant qoşunları komandanının müavini General-polkovnik Aleksandr Lentsov Qarabağda Rusiya sülhməramlı qüvvələrinin yeni komandanı təyin edilib.
 
Lentsovun Rusiya ordusunun tərkibində müharibədə iştirak etmiş və müdafiə naziri Sergey Şoyqunun ən etibarlı kadirlərindən biri olduğu deyilir.
 
 

Baxış sayı: 6677 | Tarix: 25.04.2023
Bizi Telegramda izləyin: @repostaz