Ötən gün Vaşinqtonda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, ABŞ dövlət katibi Entoni Blinken və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında üçtərəfli görüş olub. 
 
RePost.Az-ın məlumatına görə, üçtərəfli görüşdən əvvəl Blinken Azərbaycna və Ermənistan XİN rəhbərlıəri görüşüb, regiondakə vəziyyəti müzakirə edib.
 
Görüşdə regionda təhlükəsizlik, eləcə də Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanması ilə bağlı müzakirə aparılıb.
 
Laçın yolundakı vəziyyət də müzakirə olunub.
 
ABŞ dövlət katibi Entoni Blinken Vaşinqtonda keçirilən Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşündən paylaşım edib.
 
“Bu həftə yeni binamız - Corc P. Şults adına Milli Xarici Əlaqələr Tədris Mərkəzində Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə sülh danışıqları aparırıq. Dialoq Cənubi Qafqaz regionunda davamlı sülhə nail olmaq üçün açardı", - deyə qeyd edilib.
 

Baxış sayı: 7266 | Tarix: 02.05.2023
Bizi Telegramda izləyin: @repostaz