Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.
 
Hadisə bu gün Bakı-Qazax əsas magistral yolunun rayonun Karrar kəndindən keçən hissəsində qeydə alınıb. "Mercedes Sprinter" markalı mikroavtobusla "KamAZ" markalı yük maşını toqquşub. Zərbənin təsirindən "KamAZ" aşıb. Hadisə zamanı 9 nəfər - Elgün Rəhbər oğlu Quliyev, Fəxrəddin Məhəmmədhəsən oğlu Quliyev, Zeynəb Mübariz qızı Məmmədova, Zəhra Vüqar qızı Quliyeva, Məhəmməd Vüqar oğlu Quliyev, İlqar Gəray oğlu Əliyev, Eldəniz Zahid oğlu Mehdiyev, 2001-ci il təvəllüdlü Zərif Əlizadə və Qələmnaz Vüqar qızı Quliyeva xəsarət alıb, Həmidə Quliyeva və digər şəxs isə ölüb.
 
Xəsarət alanlar Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
 
TƏBİB-dən verilən xəbərə görə, hadisə nəticəsində xəsarət alan 3-ü uşaq olmaqla 8 nəfər saat 13:45 radələrində TƏBİB-in tabeliyindəki Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Onlara zəruri tibbi xidmətlər göstərilib, müalicələri davam etdirilir.
 
Xəsarət alan 1 nəfərin (qadın) vəziyyəti ağır, uşaqların (2 qız, 1 oğlan olmaqla) və 5 nəfərin (kişi olmaqla) vəziyyəti isə stabildir.

Baxış sayı: 9831 | Tarix: 03.05.2023
Bizi Telegramda izləyin: @repostaz