Millət vəkili Naqif Həmzəyev Gürcüstanla quru sərhədlərin açılmasını təklif edib.
 
"Ən azından Azərbaycan vətəndaşları üçün Gürcüstanla sərhədi açmaq olar. Bilirik ki, digər sərhədlərdə problem var. Bu da müəyyən dərəcədə bizə ünvanlanan suallara cavab olar. Xüsusilə yay aylarında bu sərhədin açılması çox yaxşı olardı. ÜST-ün son qərarından sonra vətəndaşlar bunu istəyirlər", millət əlavə edib. 

Baxış sayı: 7760 | Tarix: 12.05.2023
Bizi Telegramda izləyin: @repostaz