Dünyada yeni pandemiya təhlükəsi var.
 
Bu fikirlə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Cenevrədə keçirilən ÜST illik assambleyasında çıxış edib.
 
O, yeni epidemiyanın COVID-19-dan daha təhlükəli ola biləcəyini vurğulayıb.
 
Qebreyesusun sözlərinə görə, yeni epidemiyalara və ölümlərə səbəb ola biləcək COVID-19-un başqa bir variantının təhlükəsi aktual olaraq qalır. Bundan əlavə, ölümcül potensialı daha yüksək olan yeni bir patogenin ortaya çıxma ehtimalı var.
Daha əvvəl Tayvanın səhiyyə naziri adanın növbəti pandemiyanın episentrinə çevrilə biləcəyini deyib.
 
Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı mayın 5-də COVID-19 pandemiyasının statusunu, mayın 11-də isə dünyada meymunçiçəyi ilə bağlı fövqəladə vəziyyət rejimini ləğv edib.

Baxış sayı: 9660 | Tarix: 24.05.2023
Bizi Telegramda izləyin: @repostaz