Ermənistan və Azərbaycan xarici işlər nazirləri münasibətlərin bərpası və sülh müqaviləsinin bağlanması barədə danışıqları davam etdirəcəklər.
 
Bu barədə Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan "Armenpress"ə bildirib.
 
Onun sözlərinə görə, danışıqların növbəti mərhələsinin ABŞ-ın paytaxtı Vaşinqtonda keçirilməsi planlaşdırılır.
 
XİN rəsmisi qeyd edib ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında danışıqlar iyunun 12-nə planlaşdırılıb.
 
“Digər detalları əlavə olaraq bildirəcəyik”, - XİN nümayəndəsi vurğulayıb.

Baxış sayı: 6468 | Tarix: 05.06.2023
Bizi Telegramda izləyin: @repostaz