Misli Premyer Liqasında komanda sayı dəyişdirilməyəcək.
 
Bunu AFFA-nın baş katibi Sərxan Hacıyev açıqlayıb.
 
O, İcraiyyə Komitəsinin bugünkü iclasından sonra jurnalistlərə açıqlamasında bildirib ki, növbəti mövsümdə də 10 komanda olacaq: “Şamaxı” sonuncu yeri tutduğu üçün I diviziona düşəcək. Orada çempion olan “Araz Naxçıvan” isə Premyer Liqada oynayacaq”.
 
Hacıyev daha öncə açıqlama verən Elmar Məmmədyarovun fikirlərinə də münasibət bildirib. Baş katib komanda sayının 12-yə çatdırıldığını, “Şamaxı”nın Premyer Liqada qaldığını, “Araz Naxçıvan” və “Zaqatala”nın ora yüksəldiyini bildirən komitə üzvünün qərarı yanlış başa düşdüyünü qeyd edib.

Baxış sayı: 21117 | Tarix: 16.06.2023
Bizi Telegramda izləyin: @repostaz