XVIII əsrdə Hindistanın müsəlman kralı olan Tipu Sultanın (1790–1800) yataq otağı qılıncı Londonda keçirilən hərracda 14 milyon funta (17,4 milyon dollar) satılıb. Bonhams hərrac evindən verilən açıqlamaya görə, çərşənbə axşamı günü hərracda təxmini alış dəyərindən yeddi dəfə baha qiymətə satılan qılınc, Hindistan və İslam mədəniyyət abidəsinin əvvəlki rekordunu qırıb. Bu xəbəri Pakistanın “The Times of İslamabad” qəzeti məlumat yayıb. 
 
Əlavə olaraq onu bildirək ki, Tipi Sultan 1399-cu ildə Hindistanda yaranan Maysur əmirliyinin sultanı olub. Britaniya və Fransanın müstəmləkəçilərinə qarşı rəşadətlə döyüşüb. 
 
 Tipu Sultan isə 1788-ci ildə Parisə səfər edib və kral sarayında (Versalda) təntənə ilə qarşılanıb. Lakin inqilab bütün siyasi kartları qarışdırdı və ingilislər Hindistandakı fransız müstəmləkələrinin hamısını işğal etdilər.
 
Tarixdən o da məlumdur ki, 1799-cu ildə Napoleon Maysur hakimi Tipu Sultana məktub göndərərək ona ingilislərə qarşı müttəfiqlik təklif edib. Lakin  uzun yol gedən məktub Maysur hakiminə çox gec çatıb...
 
"Maysur pələngi" ləqəbi ilə tanınan sultanın dönəmində Maysur əmirliyi Hindistanda mədəniyyət və incəsənətin ən əhəmiyyətli mərkəzlərindən biri olaraq tanınırdı.
 
Elbəyi Həsənli, Sürix 

Baxış sayı: 9584 | Tarix: 16.06.2023
Bizi Telegramda izləyin: @repostaz