Laçında səfərdə olan xarici diplomatlar Ermənistanla Azərbaycan arasında sərhəd keçid məntəqəsinin yerləşdiyi körpüyə gəliblər.
 
Onlara Ermənistanın bir hərbçimizin yaralanması ilə nəticələnən son təxribatları haqqında məlumat verilib.
 
Bildirilib ki, silahlı təxribata qədər sərhəd keçid məntəqəsi açıq olub, Xankəndidə yaşayan erməni əsilli sakinlər məntəqədən heç bir maneə olmadan istifadə edib.

Baxış sayı: 6677 | Tarix: 24.06.2023
Bizi Telegramda izləyin: @repostaz