İyunun 24-ü saat 10:40-dan 11:00-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan bir neçə dəfə atəşə tutub.
 
Bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb.
 
"Ordumuzun bölmələri tərəfindən cavab tədbirləri görülüb", MN-dən bildirilib.

Baxış sayı: 7057 | Tarix: 24.06.2023
Bizi Telegramda izləyin: @repostaz