Dağlıq Qarabağın keçmiş dövlət naziri, erməni əsilli rusiyalı milyarderi Ruben Vardanyan hesab edir ki, Azərbaycanın Ağdamdan keçən yolun istifadəsinə dair təklifini dəstəkləməklə Avropa İttifaqı Şurasının prezidenti şarl Mişel Artsaxın blokadasına legitimlik qazandırıb. 
 
“Deməli, vasitəçilər mövcud problemləri həll etməkdənsə, istər-istəməz yeni problemlərin yaranmasına töhfə verə bilərlər”, - Vardanyan çərşənbə axşamı, iyulun 18-də Twitter-də bildirib.
 
"Avropa İttifaqınin Azərbaycanın terminologiyasını qəbul etməsi Əliyev rejiminin Artsax ermənilərinə qarşı əlavə cinayət əməlləri törətməsinə bəraət qazandıra bilər. Demokratik dəyərlərlə öyünən Aİ-nin öz səylərində avtokratik Azərbaycanı dəstəkləməsi daha çox narahatlıq doğurur. Bununla da istər-istəməz etnik təmizləmə siyasətini və Artsax ermənilərinin öz ata-baba torpaqlarından zorla köçürülməsini dəstəkləmiş olur”.
 
Şübhəsiz ki, Rusiya Ruben vardanyanın dili ilə danışır və onun üzərindən Avropa İttifaqını ittiham edir. 
 
Elbəyi Həsənli, Sürix 

Baxış sayı: 5556 | Tarix: 19.07.2023
Bizi Telegramda izləyin: @repostaz