Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri Azərbaycan və Ermənistan arasında normallaşma prosesini müzakirə edəcəklər.
 
Bu gün Brüsseldə xarici işlər nazirlərinin iştirakı ilə keçiriləcək Xarici İşlər Şurasının iclasında bir sıra məsələlər müzakirə olunacaq.
 
Nazirlər Rusiyanın Ukraynaya qarşı müharibəsi, iqtisadi təhlükəsizlik siyasəti, Türkiyə ilə münasibətlər kimi gündəlikdə olan mövzularla yanaşı, Çin, Azərbaycan-Ermənistan normallaşma prosesi, Yaxın Şərqdə Sülh Prosesi kimi mövzuları da müzakirə edəcəklər.
 
Nazirlər Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması ilə bağlı səylərə və bu istiqamətdə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin fəaliyyətinə toxunacaqlar.

Baxış sayı: 5442 | Tarix: 20.07.2023
Bizi Telegramda izləyin: @repostaz