Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul edəcək.
 
Məlumatı Türkiyə Prezidentinin Administrasiyası yayıb.
 
Görüş dövlət başçısının iqamətgahında keçiriləcək.
 
Qeyd edək ki, C.Bayramov iyulun 31-də Türkiyəyə rəsmi səfərə yola düşüb.
 
Səfər çərçivəsində onun Türkiyənin xarici işlər naziri Hakan Fidan və digər yüksək vəzifəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulur.

Baxış sayı: 6943 | Tarix: 31.07.2023
Bizi Telegramda izləyin: @repostaz