Avqustun 2-nə gözlənilən hava proqnozu açıqlanıb.
 
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, əsasən yağmursuz hava gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi əvəz olunacaq.
 
Havanın temperaturu gecə 21-26° isti, gündüz 31-36° isti olacaq.
 
Azərbaycanın rayonlarında əsasən yağmursuz hava gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək.
 
Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° isti, dağlarda gecə 11-16° isti, gündüz 19-24° isti olacaq.

Baxış sayı: 9717 | Tarix: 01.08.2023
Bizi Telegramda izləyin: @repostaz