Avqustun 1-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın rayonunun Zabux kəndi ərazisindən keçən hissəsində dövlət sərhədi pozulub.

Bu barədə RePost.Az-a Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən məlumat verilib. Məlumata əsasən, sərhəd pozuçusu, Ermənistan vətəndaşı 1962-ci təvəllüdlü Begleryan Rashid Aramayis Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən saxlanılıb. 
 
Faktla bağlı araşdırma aparılır.

Baxış sayı: 10515 | Tarix: 02.08.2023
Bizi Telegramda izləyin: @repostaz