Polkovnik Babək Mürsəl oğlu Ələkbərova “general-mayor” ali hərbi rütbəsi verilib.
 
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
 
Prezident İlham Əliyev polkovnik Zaur Ağaqardaş oğlu Zeynalova da “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.
 
Qeyd edək ki, Vətən Müharibəsi Qəhrəmanı Babək Ələkbərov Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələrinin komandanıdır.
 
Zaur Zeynalov isə DSX Əməliyyat Axtarış Baş İdarəsinin rəisidir.

Baxış sayı: 6525 | Tarix: 17.08.2023
Bizi Telegramda izləyin: @repostaz