Avqustun 17-də Abşeron rayonunun Masazır kəndi ərazisində 1979-cu il təvvəllüdlü Ruslan Məmmədovun yıxılması nəticəsində aldığı xəsarətlərdən ölməsi barədə məlumat daxil olub.
 
Prokurorluq və polis əməkdaşları tərəfindən isti izlər əsasında həyata keçirilən kompleks istintaq-əməliyyat tədbirləri nəticəsində 1984-cü il təvəllüdlü Stanislav Yakuşevin aralarında yaranmış mübahisə zamanı Ruslan Məmmədovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
 
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə istintaq edilən cinayət işi üzrə Stanislav Yakuşev şübhəli şəxs qismində tutulub. 
 
İbtidai istintaq davam etdirilir.

Baxış sayı: 5860 | Tarix: 21.08.2023
Bizi Telegramda izləyin: @repostaz