“Rusiya və Ukrayna liderlərinin Türkiyədə görüşməsini istəyirik”.
 
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstan səfərindən qayıdarkən təyyarədə jurnalistlərə müsahibəsində deyib.
 
O bildirib ki, Türkiyə sülhün əldə olunmasına çalışır:
“Ukrayna Prezidenti Volodimir Zelenskinin Türkiyəyə səfəri zamanı onunla bu barədə danışdıq. Həmçinin NATO Liderlər Zirvəsindəki müzakirələrdə bu məsələ barədə fikir mübadiləsi apardıq".

Baxış sayı: 7703 | Tarix: 21.08.2023
Bizi Telegramda izləyin: @repostaz