01.01.2000-ci il təvəllüdlü Pənahlı Əhəd Nemət oğluna məxsus “Toyota Land Cruiser” markalı, 90 KM 590 dövlət qeydiyyat nişanlı avtomobilin üzərində 1100 manat məbləğində ödənilməmiş cərimə var.
 
Bunu RePost.Az-a açıqlamasında Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli deyib. O bildirib ki, həmin cərimələrə uyğun şəkildə, İnzibati Xətalar Məcəlləsinin (İXM) 529-cu maddəsinin 3-cü bəndinə uyğun olaraq Nəsimi Rayon Məhkəməsində avtomobilin müvəqqəti duracağa təmin olunması üçün, yəni nəqliyyat vasitəsinin hərəkətdən uzaqlaşdırılması barədə qərar qəbul edilib:
 
“Dövlət Yol Polisi əməkdaşları sükan arxasında olan Nemət Pənahlıya qeyd olunan vəziyyəti izah edib, hüquqi izahdan sonra şəxsin barəsində qanuni tədbirlər görülüb”.
 
Araz Əsgərli, həmçinin qeyd edib ki, avtomobillər üzərində ödənilməmiş cərimələrə görə, nəqliyyat vasitəsinin müvəqqəti duracağa təmin olunması İXM-nin 96-cı maddəsinə uyğun olaraq həyata keçirilir və hər bir avtomobil sahibindən nəzərdə tutulmuş qaydalara ciddi şəkildə riayət edilməsi xahiş olunur.

Baxış sayı: 5936 | Tarix: 21.08.2023
Bizi Telegramda izləyin: @repostaz