"Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na uyğun olaraq, yenidən salınacaq Cəbrayıl rayonu, Horovlu kəndinin konseptual layihəsi hazırlanıb.
 
Bu barədə APA-ya Şərqi Zəngəzur 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətindən məlumat verilib.
 
Layihənin öz təbiəti ilə ahəngdə, dayanıqlı kənd prinsipinə uyğun şəkildə hazırlandığı qeyd olunub.

Baxış sayı: 6316 | Tarix: 22.08.2023
Bizi Telegramda izləyin: @repostaz