Qardaş ölkədə işgüzar səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin Zəfər Bayramı münasibətilə Ankara şəhərində keçirilən təntənəli mərasimdə iştirak edib.
 
Müdafiə Nazirliyindən RePost.Az-a verilən xəbərə görə, Beştəpə Milli Konqres və Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan açılış nitqi ilə çıxış edib.
 
Təntənəli mərasimdə qardaş ölkənin Zəfər Bayramını tərənnüm edən musiqi nömrələri təqdim olunub.

Baxış sayı: 2041 | Tarix: 31.08.2023
Bizi Telegramda izləyin: @repostaz